Tbilisidə Azərbaycan Mədəniyyət Muzeyində "Regionda Gənclərin və Medianın Sülhə dəstəyi" adlı forumun açılışı baş tutdu
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində, Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum baş tutdu.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri , Toğrul Allahverdiyevin dediyinə görə, forumun əsas məqsədi regionda sülhə dəstək olmaqdır.
“Biz müharibəyə qarşıyıq və bölgədə sülhün olmasını istəyirik. Biz gənclər bölgədə sülhün tərəfdarıyıq. Düşünürük ki, media və gənclər bölgədə sülhü təbliğ etməlidir, çünki bu, onlardan asılıdır”, – deyə Toğrul Allaxverdiev bildirib.
Forum iki paneldən “medianın sülhə dəstəyi” və “gənclərin sülhə dəstəyi”-ndən ibarətdir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Azərbaycan və Gürcüstan media nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndələri, Azərbaycan Gənclər Fondunun nümayəndəsi və ictimai xadimlər iştirak etdilər.