Tbilisidə avtobusun yeddi, mikroavtobusun isə, on yeni marşrutu işə salınacaq
Paytaxtda nəqliyyat xidmətlərinin yaxşılaşdırılması məqəsdilə, yeni avtobus və mikroavtobus marşrutları işə salınacaq, – bu barədə paytaxt meri, Kaxa Kaladze Tbilisi munisipaliteti hökuməti iclasında bəyan etdi.
Onun sözlərinə görə, qeyd olunan dəyişiklik müəyyən marşrutlar üzrə hərəkət intervallarının azaldılmasını nəzərdə tutur.
“Nəqliyyat siyasəti çərçivəsində biz bir sıra islahatlar həyata keçirdik. Yeni avtobus və mikroavtobuslarımız var. Əlavə olaraq 200 ədəd 18 metrlik avtobus almağı planlaşdırırıq. Eləcə də, hər gün yeni marşrutları işləyib hazırlayırıq. Paytaxtda avtobusun yeddi, mikroavtobusun isə, on yeni marşrutu işə salınacaq. Bütün bunlar ictimai nəqliyyatın ən rahat, komfortlu və sürətli olması üçün edilir. Bu mqəsədlə müvafiq layihələr həyata keçiriləcək. İnfrastruktur işləri apardığımız bütün küçələrdə avtobus zolaqlarını təşkil edirik. İnkişaf etmiş ölkələrdə belə yanaşmalardır və biz də eyni addımları atırıq”, – Kaladze qeyd etdi.
Elə onun bəyan etdiyinə görə, ictimai nəqliyyatın sürətli və komfortlu hərəkət etməsi prinsipial olaraq əhəmiyyətlidir.