Tbilisidə, avtobuslarda vaksinasiya məkanları təşkil edildi
Tbilisidə, avtobuslarda vaksinasiya məkanları təşkil edildi

Bu gündən vətəndaşlar onlar üçün əlverişli lokasiyada peyvənd oluna bilərlər.

Səhiyyə Nazirliyinin məlumatına görə, immunizasiyaya əlçatarlığın artırılması məqsədilə, Səhiyyə Nazirliyi Tbilisi Meriyası ilə birlikdə yeni layihəyə başladı.

Layihəyə uyğun olaraq, avtobuslarda vaksinasiya məkanları təşkil edildi və Respublika Xəstəxanasi öeyvənd briqadaları, vaksinasiyanı müəyyənləşdirilmiş qaydaya əsasən təmin edəcəklər. Vətəndaşlar servisdən irəlcədən qeydiyyatdan keçmədən yararlana biləcəklər.

İmmunizasiya sinovak, sinofarm və fayzerlə mümkündür. Elə munisipal avtobusda sonrakı müşaiət məkanı da təşkil olunacaq.

İlk başdan immunizasiya prosesi Varketili, Qldani və Stansiya Meydanında təşkil ediləcək. Burada bunda qədər vaksinasiya məkanları səfərbər olunmamışdı.

Mobil immunizasiya layihəsinin həyata keçirilməsini tibb holdinqi və Respublika Xəstəxanası təmin edəcək.