Tbilisidə avtobusla biletsiz yolçuluq cəriməsi bugündən etibarən 5 lari əvəzinə, 20 lari olacaq
Bugündən etibarən, Tbilisidə munisipal nəqliyyat vasitələri ilə, yəni avtobusla biletsiz yolçuluğa görə sanksiyalar artır.
Belə pozuntuya görə, vətəndaş artıq 5 lari yerinə 20 lari cərimə ödəməli olacaq.
Dəyişikliyi parlament tərəfindən “İnzibati Hüquqpozuntuları Məcəlləsinə” əlavə edilən yeniliklər nəzərdə tutur.
30 gün ərzində ödənilməyən 20 larilik cərimə isə, 40 lari olacaq.
Bilet almaq qaydasında da dəyişiklik var.
Yolçu bileti avtobusa çıxılan kimi alınmalıdır. Əks təqdirdə, nəzarətşi tərəfindən, avtobusdan enənə qədər cərimələnə bilər.
Qeyd olunan dəyişikliklərlə bağlı xəbərdarlıq edən stikerlər avtobuslara artıq vurulub.
Dəyişikliklər haqqında məlumatı yolçulara konduktorlar da verirlər.