Tbilisidə altı nəfərin təbii qazdan zəhərlənməsinin səbəbi olaraq, yanlış şəkildə montaj edilən qaz qızdırıcısı bildirilib
Tbilisidə altı nəfərin təbii qazdan zəhərlənməsinin səbəbi olaraq, “kustar” metod ilə (yanlış şəkildə) montaj edilən qaz qızdırıcısı göstərilib.
Bu barədə bəyanatı KazTransQaz yayır.
“Qazdan zəhərlənib ölən mənzilin sahiblərinin qazını iki dəfə kəsdik. Keçən ilin may ayında və dekabrın 12-də onlara tapşırıq verildi ki, mənzildə o cür qızdırıcının istifadəsi qadağandır və qətiyyən qeyriməqbuldur” – deyilir KazTransQazın bəyanatında.
Xatırladaq ki, dünən Tbilisidə, Temka rayonunun üçüncü mikrorayonunda təbii qazın sızması nəticəsində bir ailənin altı üzvü həyatını itirdi.