Tbilisidə Alilo yürüşü
Tbilisidə Alilo yürüşü

 
Gürcüstanın Ortodoks Kilsəsi bu gün Milad bayramını qeyd edir. Yanvarın 7-də Alilo Milad yürüşü keçirilir.

Tbilisidə zəvvarların və nəğməkarlar qrupunun yürüşü Birinci Respublika Meydanından başladı, bundan sonra da Alilonun iştirakçıları Rustaveli prospektinə doğru gedərək, Barataşvili küçəsindən keçməklə Üçlük kafedral məbədinə gediblər. Yürüş Üçlük kafedral məbədində şükran mərasimi ilə başa çatdı.

Alilo zamanı toplanan ianələr uşaq evləri, penitensiar müəssisələr və qocalar evləri arasında paylanacaq.

Milad bayramı şərəfinə təntənəli yürüş 2000-ci ildən ümumi Gürcüstanın katolikos-patriarxı II İlianın xeyir-duası ilə qeyd olunur.