Tbilisidə "Alilo" yürüşü zamanı müəyyən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Milad bayramı ilə əlaqədar ənənəvi “Alilo” yürüşü keçiriləcək, bu səbəbdən də yanvarın 7-də paytaxtın müəyyən küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisinin Meriyası yayır.
Yürüş saat 14:00-da Birinci Respublika Meydanından başlayacaq və saat 16:00-a qədər davam edəcək, bu zaman da avtomobillər alternativ küçələrdən istifadə etməklə hərəkət edə biləcəklər.
Merab Kostava küçəsindən Qiorqi Axvlediani və Leo Kiaçeli küçələrinə çıxmaq Vaşlovani və İa Ekaladze küçələrindən istifadə etməklə mümkün olacaq. Həmçinin, Revaz Tabukaşvili küçəsindən Merab Kostava küçəsi istiqamətində hərəkət edən avtomobillər Birinci Respublika Meydanı əvəzinə, yalnız Rustaveli prospektindən keçməklə hərəkət edə biləcəklər.
Birinci Respublika Meydanından Azadlıq Meydanı istiqamətində nəqliyyat vasitələri üçün hərəkət Qiorqi Leonidze, Pavle İnqoroğva, Aleksandre Cavcavadze, Qriboedov, Nikoloz Barataşvili və Revaz Tabukaşvili küçələrindən istifadə etməklə mümkün olacaq. Petre Melikişvili prospektindən Mtatsmindanın qalan küçələrinə çıxmaq Simon Canaşia, İvane Tarxnişvili, Tamar Covelidze, Mixeil Zandukeli küçələrindən keçməklə və sonra Vasil Barnovi, İakob Qoqebaşvili, Maro Mağaşvili və Kakabadzeebi küçələri vasitəsilə mümkün olacaq. Əks istiqamətdə sürücülər Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasına bitişik əraziyə Qriboedov, Maro Mağaşvili, Vasil Barnovi, Mixeil Zandukeli və Akaki Şanidze küçələrindən keçməklə çıxa biləcəklər.
“Rustaveli” metrostansiyasına bitişik ərazidən Azadlıq Meydanına gedən avtomobillər Rustaveli prospektində Qiorqi Canturia küçəsinin kəsişməsinə qədər olan yol hissəsində və sonra Canturia küçəsi və Mtkvarinin sağ sahilindən istifadə etməklə hərəkət edə biləcəklər.
Saat 15:00-dan etibarən təxminən 30 dəqiqə ərzində Azadlıq Meydanında avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq, bu zaman Nikoloz Barataşvili körpüsünün yaxınlığındakı pandusa qədər və Rustaveli prospekti tərəfdən Qiorqi Canturia küçəsinə qədər hərəkətə icazə veriləcək. Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq Meydanı istiqamətində də hərəkət məhdudlaşdırılacaq.
Bu zaman Qiorqi Canturia küçəsinə qədər hərəkətə icazə veriləcək. Rustaveli prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq – Lesia Ukrainka, Arçil Corcadze, Cicinadze, 9 aprel, Anton Purtseladze və Lado Qudiaşvili küçələrində də.
Yürüş Azadlıq Meydanından Müqəddəs Üçlük Məbədi istiqamətində davam edəcək, bu zaman Barataşvili körpüsü, Nikoloz Barataşvili yoxuşu və Avlabari meydanında hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq.
Barataşvili küçəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması zamanı Azadlıq Meydanı istiqamətində hərəkət edən avtomobillər Mtkvarinin sağ sahilindən və Kote Apxazi küçəsindən istifadə etməklə hərəkət edə biləcəklər, Avlabari istiqamətində hərəkət isə Quru Körpüdən keçməklə – Kosta Xetaqurov və Mtkvarinin sol sahilindən istifadə etməklə mümkün olacaq.
Avlabari meydanının məhdudlaşdırılması zamanı Çariça Ketevan prospektindən hərəkət edən avtomobillər hərəkətə Bocormi və İalbuzi küçələri, eləcə də Mtkvarinin sol sahilindən istifadə etməklə davam edəcəklər, əks istiqamətdə isə Barataşvili körpüsündən keçməklə Mtkvarinin sol sahilində eyni marşrut üzrə hərəkət edəcəklər.
Həmçinin, ictimai nəqliyyatın marşrutu da müvəqqəti olaraq dəyişdiriləcək. Xüsusilə, Birinci Respublika Meydanından Rustaveli prospektinə doğru yürüş zamanı nəqliyyat Mixeil Cavaxişvili küçəsindən Mtkvarinin sağ sahilinə doğru hərəkət edəcək, oradan isə Barataşvili küçəsinə qoşulacaq.