Gürcüstanın Ortodoks Kilsəsi bu gün Milad bayramını qeyd edir. Milad “Alilo”su yanvarın 7-də keçirilir.
Tbilisidə zəvvarların və xor qrupunun yürüşü Birinci Respublika Meydanından başladı.
“Alilo” yürüşü zamanı əldə edilmiş ianələr uşaq evlərinə, cəzaçəkmə müəssisələrinə və qocaların sığınacaqlarına paylanacaq.
Ümumi Gürcüstanın Katolikos-patriarxı II İlianın xeyir-duası ilə 2000-ci ildən Məsihin dünyaya gəlişi bayramının təntənəli yürüşü qeyd olunur.







