Tbilisidə aksiya-yürüş keçirilir. Tibbi Universitetin metrosu yaxınlığında toplaşan aksiya iştirakçıları əvvəlcə yürüşlə Xüsusi İstintaq Xidmətinin binası qarşısına, daha sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin qarşısına keçdilər. Aktivistlər bir daha öz tələblərini səsləndirdilər. Onlar hökumətin istefasını və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azad olunmasını tələb edirlər. Aksiya iştirakçıları bildirirlər ki, bu strukturlar simvolik olaraq seçilib, çünki onların fikrincə, ölkədə gedən repressiyalara məhz güc strukturları cavabdehdir. Aksiya-yürüşə saxlanılanların ailə üzvləri də qoşulublar.