Tbilisidə "Açıq idarəçilik partnyorluğunun" sammitində humanoid robot Sofiya da iştirak edəcək
Tbilisidə keçiriləcək “Açıq idarəçilik partnyorluğu” (OGP) sammitinin qonaqları arasında humanoid robot Sofiya da olacaq.
Birinci Kanala Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, robot Sofiya BMT-nin egidası ilə, sülhməramlı səfir statusu ilə gəlir.
Sofiya iyulun 18-də “Dövlət işində innovasiyalar” adlı diskussiyada iştirak edəcək.
Sofiya dünyanın ilk robot vətəndaşıdır. Onu ictimaiyyətə ilk dəfə 2016-cı ildə təqdim etdilər.
“Açıq idarəçilik partnyorluğu” təşəbbüsü 75 ölkəyi birləşdirir. Gürcüstan bu yüksək səviyəli beynəlxalq foruma 2017-ci ilin oktyabrın 1-dən, 2018-ci ilin oktyabrın 1-nə qədər ev sahibliyi edir.
OGP-nın idarəçilik komitəsində Gürcüstanı Ədliyyə Naziri Tea Tsulukiani təqdim edəcək.
Tbilisidə iyulun 17-19-da planlaşdırılan tədbirin ev sahibi də Ədliyyə Nazirliyidir.