Tbilisidə Aqrar Universiteti yaxınlığında yanğın var

13:48, 01.09.2022

Tbilisidə Aqrar Universiteti yaxınlığında yanğın var.

Gürcüstanın Birinci Kanalının jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, ot və ağaclar yanır. Elə onun  məlumatına görə, yanğın baş verən əraziyə yaxın yaşayış məntəqəsi yoxdur.

Hadisə yerinə yanğınsöndürmə, təcili tibbi yardım briqadası və polis səfərbər olunub.

Oxşar