Tbilisi zooparkında “Qrandi” adlı filin fildişinin çıxarılması əməliyyatı keçirilir

12:30, 31.10.2018
Tbilisi zooparkında “Qrandi” adlı filin fildişinin çıxarılması əməliyyatı keçirilir.
Əməliyyat üçün Cənubi Afrikadan məşhur vet-həkim Qerhard Stinkamp və anestezioloq Adrian Tordip gəldilər.
Əməliyyat üçün Gürcüstana Tbilisi Zooparkının mentoru (EAZA), Mario Hoedmeker gəldilər.

Hazırki mərhələdə irinləmiş fildişinin çıxarılmasına lazım olan vaxt bilinmir.

Fil Qrandi 23 yaşındadır, O Gürcüstana bir  neçə il əvvəl İrəvan Zooparkından gətirildi. Hər iki fildişi zədələnmişdi. İlk əməliyyat 11 saat davam etdi, o 2014-cü ildə keçirildi və Qrandinin fildişinin çıxarılması uğurla sonlandı.

Prosedur belədir: fili öz volyerində yatızdırırlar, xüsusi texnika, avadanlıqlar və instrumentlər da hazırlanıb.

Volyerdə eləcə də qaldırıcı mexanizm var, fil fərqli pozisiyada yuxuya gedibsə onu digər tərəfinə döndərəcəklər.

BBC-nin çəkiliş qrupu da Tbilisidədir, çəkiliş qrupu “Big Animal Surgery” yeni serialında bir tam epizodu Qrandiyə həsr edəcək.

 

 

Oxşar