Tbilisi "Yeni İl Kəndi" bu gün konsertlə bağlanacaq
Tbilisi "Yeni İl Kəndi" bu gün konsertlə bağlanacaq

Bu gün saat 20:00-da, Ana Dili Bağında Tbilisi Meriyasının təşkilatçılığı ilə keçirilən “Yeni İl Kəndi” möhtəşəm konsertlə bağlanacaq.

Tbilisi Meriyasının məlumatına görə, konsertdə iştirak edən ifaçılar – Maiya Barataşvili, Sofo Xalvaşi, Oto Nemsadze, Nukri Kapanadze, “Kuçis Biçebi”, Eka Dolidze, Dato Porçxidze Paata Andriadzenin qrupu ilə birlikdə tamaşaçılar qarşısında çıxış edəcək və çox janrlı proqram həyata keçirəcəklər. Proqramı bu axşam üçün layihənin müəllifi, Rusudan Morçiladze tərtib etdi.

Köhnəz Yeni İlin musiqi axşamında həmçinin “The Quintessence” qrupu, “Şavnabada” ansamblı və Giorgi Suxitaşvili osetin və abxaz mahnılarını ifa edəcəklər.