Tbilisi və Kvemo Kartli bölgəsində sürətə nəzarətin altı yeni bölməsi işə düşdü
Tbilisi və Kvemo Kartli bölgəsində sürətə nəzarətin altı yeni bölməsi işə düşdü

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, Tbilisi və Kvemo Kartli bölgəsində, Rustavi munisipaliteti ərazisində, avtomobil sürətinə nəzarətin altı yeni bölməsi işə düşdü.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu bölmələr qarşıdakılardır:

1. Tbilisi, Zemo Poniçala, Marneuli şossesinin birinci kilometrindən Marneuli şossesinin üçüncü kilometrinə qədər (Levan Ğoğoberidze küçəsinin kəsişməsinə qədər), sürət 70 km/s;

2. Tbilisi, Zemo Poniçala, Marneuli şossesinin üçüncü kilometrindən (Levan Ğoğoberidze küçəsinin kəsişməsindən) Marneuli şossesinin birinci kilometrinə qədər, sürət 70 km/s;

3. Rustavi – Tbilisi-Qırmızı Körpü avtomobil yolunun 21-ci kilometri və Niko Lomouri küçəsi kəsişməsindən Niko Lomouri küçəsi N1-ə qədər, sürət 40 km/s;

4. Rustavi – Niko Lomouri küçəsi N1-dən Tbilisi-Qırmızı Körpü avtomobil yolunun 21-ci kilometri və Niko Lomouri küçəsi kəsişməsinə qədər, sürət 40 km/s;

5. Rustavi – Tbilisi-Qırmızı Körpü avtomobil yolunun 21-ci kilometrindən Tbilisi-Qırmızı Körpü avtomobil yolunun 22-ci kilometrinə qədər, sürət 70 km/s;

6. Rustavi – Tbilisi-Qırmızı Körpü avtomobil yolunun 22-ci kilometrindən Tbilisi-Qırmızı Körpü avtomobil yolunun 21-ci kilometrinə qədər, sürət 70 km/s.