Tbilisi və Batumi beynəlxalq hava limanları İspaniyada keçirilən "Routes Europe 2025" beynəlxalq platformasında təmsil olunur
Tbilisi və Batumi beynəlxalq hava limanları İspaniyanın Sevilya şəhərində keçirilən “Routes Europe 2025” beynəlxalq platformasında təmsil olunur – bu haqda məlumatı “TAV Georgia” yayır.
Onların məlumatına əsasən, “TAV Georgia” və “TAV Airports Holding”in komandası aviaşirkətləri və hava limanlarının operatorlarını Gürcüstanın iki beynəlxalq hava limanının xidmətləri və potensialı ilə tanış edir.
“TAV Georgia” “Vueling”, “Austrian Airlines”, “Air India”, “Edelweiss”, “Cyprus Airways”, “Finnair”, “Scandinavian Airlines” (SAS), “Easyjet”, “Air Serbia”, “Air Cairo” və s. kimi aviaşirkətlərlə onlarla görüş keçirib. Həmçinin, Polşa hava limanlarının idarəetmə şirkəti olan “Polish Airports” ilə. Sözügedən aviaşirkətlərin bir hissəsi Tbilisi və Batumi beynəlxalq hava limanlarında artıq fəaliyyət göstərir, bir hissəsinə isə görüşlər çərçivəsində “TAV Georgia”nın xidmətləri və Tbilisi və Batumi hava limanlarında fəaliyyətin üstünlükləri barədə ətraflı məlumat verilib.
“Routes Europe” regionda aviasiya sahəsində ən irimiqyaslı tədbirdir. Bu, bir məkanda Avropada hava əlaqələrinin inkişafı prosesində iştirak edən aviaşirkətləri, hava limanlarını, turizm sahəsi və müxtəlif ölkələrdən aviasiya istiqamətində çalışan təşkilatları birləşdirən platformadır.
“TAV Georgia” öz idarəetməsində olan iki hava limanından yeni istiqamətlərin inkişafı üzərində daim çalışır, xüsusilə Avropa marşrutları üzrə. Şirkət artıq 20 ildir Gürcüstanın aviasiya bazarında fəaliyyət göstərir və bu müddət ərzində Gürcüstanın iki beynəlxalq hava limanının tikintisi və inkişafı üçün 230 milyon dollar məbləğində sərmayə qoyub” – “TAV Georgia”nın məlumatında qeyd olunub.