Tbilisi və Acarada xüsusilə külli miqdarda narkotik maddələri müsadirə ediblər, 4 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində sentyabrın 2-də Tbilisi və Acarada xüsusilə külli miqdarda narkotik maddələri – üç kiloqramadək “metadon”u, 32 bağlama, satış üçün qablaşdırılan müxtəlif növ narkotik vasitə və 140 ədəd psixotrop həbi müsadirə ediblər – 4 nəfər saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanması faktları üzrə saxlanılıb: Ukrayna vətəndaşı, 1985-ci il təvəllüdlü A.A. və əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşları: 1992-ci il təvəllüdlü T.N., 1991-ci il təvəllüdlü Q.Dz. və 1981-ci il təvəllüdlü, B.M.
“Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələri saxlanılan şəxslərin üzərində, yaşayış evləri və nəqliyyat vasitələrində axtarış nəticəsində müsadirə ediblər. İstintaq hərəkətləri nəticəsində həmçinin narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar müsadirə edilib.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır” – məlumatda qeyd olunub.