Tbilisi Şəhər Məhkəməsinin yaxınlığında və binada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında vaxtaşırı qarşıdurma yaşanır
Tbilisi Şəhər Məhkəməsi yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında vaxtaşırı qarşıdurma yaşanır. Aksiya iştirakçıları Zurab Qirçi Caparidzenin məhkəmə iclasında iştirak etməyi tələb edirlər.
Mövcud məlumata əsasən, aksiyanın iştirakçılarından birini ərazidən uzaqlaşdırıblar.
Həmçinin məhkəmə binasında olan şəxslərlə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaşanır. Onlar iclas zalına daxil olmaq istəyirlər, lakin nəzarətçilər prosesin kiçik zalda keçirilməsi və istəyənlərin hamısının iştirakının mümkün olmaması səbəbilə buna imkan vermirlər.
Media nümayəndələri üçün də məhkəmə zalına giriş məhdudlaşdırılıb.
Tbilisi Şəhər Məhkəməsində bu dəqiqələrdə Zurab “Qirçi” Caparidzenin məhkəmə prosesi keçirilir. Parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə, Zurab Caparidzenin barəsində qətimkan tədbiri olaraq aprelin 16-da 20 000 lari girov təyin edilib. Caparidzenin girovu ödəmək müddəti mayın 18-də başa çatıb. Komissiyanın müraciəti əsasında prokurorluq Caparidzeyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüb ki, bu da “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir və cərimə və ya bir ilədək azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya fəaliyyət hüququndan üç ilədək məhrum etmə ilə cəzalandırılır.