Tbilisi Şəhər Məhkəməsində qrup halında zorakılıq ittihamı ilə saxlanılan 11 nəfərin işi üzrə Xüsusi Tapşırıqlar Departamentinin iki xüsusi təyinatlısı ifadə verib
Aktyor Andro Cicinadze, komediya aktyoru Onise Tsxadadze və qrup halında zorakılıqda təqsirləndirilən daha 9 nəfərin prosesində ittiham tərəfinin iki şahidi – Xüsusi Tapşırıqlar Departamentinin iki əməkdaşı, zərərçəkmiş xüsusi təyinatlılar ifadə veriblər.
Zərərçəkmiş xüsusi təyinatlı Qiorqi Qobronidzenin dediyi kimi, noyabrın 29-da pirotexniki vasitənin parçası ona dəyib və kürək nahiyəsindən yanıq xəsarətləri alıb. O, parçasının onu yaraladığı pirotexniki vasitənin kimin tərəfindən atıldığını bilmədiyini və buna görə də təqsirləndirilən şəxslərin heç birini günahlandıra bilməyəcəyini deyib. Lakin, izah edib ki, təqsirləndirilən şəxslərin təqsiri təsdiqlənsə, onlara qarşı iddiası olacaq.
“Noyabrın 29-da aksiyada Cicinadze küçəsinin sonunda əməkdaşlarla birlikdə idim və yaralandım. Daş, çubuq, qutular atılırdı. Mənə dəydi və kürəyimə zərər vurdu. Aksiya iştirakçıları tərəfindən atışma oldu, kimin atdığını bilmirəm. Üçüncü dərəcəli yanıq xəsarəti aldım. Xəsarət aldıqdan sonra məni təcili yardım maşınının yanına, daha sonra Xeçinaşvili klinikasına apardılar. Kürəyimdə yanıq xəsarəti və bel nahiyəmdən xəsarət almışdım. Aksiya iştirakçıları tərəfindən atılan pirotexniki vasitənin bir hissəsi mənə dəydi” – Qiorqi Qobronidze bildirib.
Bundan əvvəl Xüsusi Tapşırıqlar Departamentinin daha bir xüsusi təyinatlısı, zərərçəkmiş Laşa Qelaşvili ifadə verib və aksiya iştirakçılarının atdığı daşın ayağına dəydiyini deyib.
“Ayağıma, sağ ayağımın topuğuma daş atdılar, yıxıldım, ayağım çıxdı, məni gipsə saldılar, əməkdaşlar mənə ilkin tibbi yardım göstərdilər, təcili yardım orada dayanmışdı və ayağıma baxdılar. Saat 12 olardı, saat 2-də artıq Qafqaz Tibb Mərkəzində idim” – Qelaşvili bildirib.