Tbilisi Şəhər Məhkəməsi Zviad Tsetsxladze, Vepxia Kasradze və qrup halında zorakılıqda təqsirləndirilən daha altı nəfərin işi üzrə hökmü sentyabrın 1-də elan edəcək
Tbilisi Şəhər Məhkəməsi Zviad Tsetsxladze, Vepxia Kasradze və qrup halında zorakılıqda təqsirləndirilən daha altı nəfərin işi üzrə hökmü sentyabrın 1-də elan edəcək

 

Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mcedlişvili Zviad Tsetsxladze, Vepxia Kasradze və qrup halında zorakılıqda təqsirləndirilən daha altı nümayişçinin işi üzrə hökmü sentyabrın 1-də elan edəcək. Bundan əvvəl avqustun 25-i və 27-nə təyin edilmiş iclaslarda vəkillər yekun çıxış edəcək, təqsirləndirilən şəxslər isə son sözlərini söyləyəcəklər.

Bu gün ittiham tərəfi iki saat yarım ərzində yekun çıxışını edirdi və müttəhimlərin qrup halında zorakılıq törətdiyini və polislərə zərər vurduqlarını iddia edirdi.

Bu gün müdafiə tərəfinin 4 şahidi dindirilməli idi, lakin ittiham tərəfi qeyd olunan şahidləri mübahisəsiz hesab etdi və onlar artıq dindirilmədi. Elə bu gün işə sübut kimi Samxarauli Ekspertiza Bürosunun rəyi əlavə olundu. Rəyə əsasən, Tornike Qoşadze və İrakli Miminoşvilinin videolarında həm kəsinti, həm də görüntü baxımından montaj izi var.

Vəkillər iddia edirlər ki, ittiham tərəfi video sübutları saxtalaşdırıb və Miminoşvili və Qoşadzenin görüntüsünə kontekstdən kənar polislərin görüntüsünü əlavə edib, guya müttəhimlər polislərə əşyalar atırlar. Müdafiə tərəfi bu saxtakarlığı ekspertizanın təsdiqlədiyini bildirir.

Vəkillər bildirirlər ki, iş üzrə heç bir sübut təqsirləndirilən şəxslərdən hər hansı birinin polisə zərər verdiyini göstərmir.