Tbilisi Şəhər Məhkəməsi yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri saxlayıblar
Tbilisi Şəhər Məhkəməsi yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri saxlayıblar

 

Tbilisi Şəhər Məhkəməsi yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri saxlayıblar. Mövcud məlumata əsasən, onlar inzibati qaydada saxlanılıblar.

Bununla əlaqədar Daxili İşlər Nazirliyində rəsmi şərh hələlik verilməyib.

Tbilisi Şəhər Məhkəməsində bu dəqiqələrdə Zurab “Qirçi” Caparidzenin məhkəmə prosesi keçirilir. Eyni zamanda aksiya iştirakçıları məhkəmə binası yaxınlığına toplaşıblar. Tbilisi Şəhər Məhkəməsinin yaxınlığında və binada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında vaxtaşırı qarşıdurma yaşanıb.

Parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə, Zurab Caparidzenin barəsində qətimkan tədbiri olaraq aprelin 16-da 20 000 lari girov təyin edilib. Caparidzenin girovu ödəmək müddəti mayın 18-də başa çatıb. Komissiyanın müraciəti əsasında prokurorluq Caparidzeyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüb ki, bu da “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir və cərimə və ya bir ilədək azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya fəaliyyət hüququndan üç ilədək məhrum etmə ilə cəzalandırılır.