Tbilisi Şəhər Məhkəməsi Qela Xasaianı inzibati xətanı törətməkdə təqsirli bilib və 12 sutka həbs cəzası verib

13:49, 16.04.2025

 

Tbilisi Şəhər Məhkəməsi “Dəyişikliklər Naminə Koalisiyası”nın üzvü Qela Xasaianı inzibati xətanı törətməkdə təqsirli bilib. Hakim onun barəsində 12 sutka inzibati həbs qərarı çıxarıb.

Qela Xasaianı məhkəmə zalında saxlayıblar.

Xatırladaq ki, Qela Xasaianı martın 31-də inzibati qaydada saxlayıblar. Daxili İşlər Nazirliyi onu polisin qanuni tələbinə itaətsizlikdə ittiham edirdi.

Oxşar