Tbilisi Şəhər Məhkəməsi Mzia Amağlobelinin İrakli Kobaxidzeyə qarşı iddiası üzrə işin icraatını dayandırıb
Tbilisi Şəhər Məhkəməsinin hakimi Davit Akobidze Mzia Amağlobelinin baş nazir İrakli Kobaxidzeyə qarşı iddiası üzrə işin icraatını dayandırıb.
Məhkəmə iddiaçının irad tutduğu baş nazir tərəfindən yayılan bəyanatın siyasi debat zamanı verildiyini və bunun ifadə azadlığı çərçivəsində olduğunu hesab edib.
Mzia Amağlobelinin hüquq müdafiəçiləri İrakli Kobaxidzeyə qarşı məhkəmədə iddia qaldırdılar. Mzia Amağlobeli iddiada İrakli Kobaxidzedən “İmedi” teleşirkəti və “Acara Televiziyası”nın efirində verdiyi və baş nazirin Mzia Amağlobelinin “sifarişlə” hərəkət etdiyini dediyi bəyanatları təkzib etməsini tələb etdi. Şikayətçi tərəf bəyanatın böhtan xarakterli olduğunu bildirib.
Şikayətçi tərəf qərardan apelyasiya şikayəti verməyi planlaşdırır.