Tbilisi Şəhər Məhkəməsi - Müvafiq standartda sübutların kifayət qədər olmamasına görə məhkəmə Qiorqi Axobadze barəsində bəraət hökmü çıxarıb
Tbilisi Şəhər Məhkəməsi - Müvafiq standartda sübutların kifayət qədər olmamasına görə məhkəmə Qiorqi Axobadze barəsində bəraət hökmü çıxarıb

 

Tbilisi Şəhər Məhkəməsi Qiorqi Axobadzenin işi üzrə çıxarılan hökmlə bağlı rəsmi bəyanat yayır.

Bəyanatda qeyd edildiyi kimi, məhkəmə müvafiq standartda sübutların kifayət qədər olmamasına görə Qiorqi Axobadze barəsində bəraət hökmü çıxarıb.

“Tbilisi Şəhər Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasının hökmü ilə Qiorqi Axobadze təqsirli hesab edilməyib və barəsində irəli sürülən ittihamlar üzrə ona bəraət qazandırılıb. İşin materiallarına əsasən, Qiorqi Axobadze külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda ittiham edilirdi, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” yarımbəndi ilə nəzərdə tutulub. Cinayət işinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəmə müvafiq standartda sübutların kifayət qədər olmamasına görə bəraət hökmü çıxarıb” – Tbilisi Şəhər Məhkəməsinin bəyanatında deyilir.

Tbilisi Şəhər Məhkəməsi külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməyə və saxlamağa görə saxlanılan Qiorqi Axobadzeni təqsirli hesab etməyib.

Gürcüstan Prokurorluğunda Qiorqi Axobadzenin təqsirli hesab edilməməsi barədə qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.