Tbilisi Şəhər Məhkəməsi MSK-nın qərarının qismən ləğv edilməsi ilə bağlı "Güclü Gürcüstan" koalisiyasının və ISFED-in iddiasını təmin etməyib
Tbilisi Şəhər Məhkəməsi MSK-nın qərarının qismən ləğv edilməsi ilə bağlı “Güclü Gürcüstan” koalisiyasının və ISFED-in iddiasını təmin etməyib. Hakim qərarı bir neçə dəqiqə əvvəl elan edib.
Şikayətçi tərəf MSK-nın seçki günü səsvermənin keçirildiyi binada olmaq hüququna malik şəxslərə müəyyən məhdudiyyətlər qoyulması barədə qərarının ləğv edilməsini tələb edirdi.
Yeni qərara əsasən, müşahidəçilər səsvermənin keçirildiyi binada seçicidən şəxsiyyətini təsdiq edən sənədi tələb edə (ala) bilməyəcəklər.
Xatırladaq ki, MSK-nın qərarına əsasən, seçki günü səsvermənin keçirildiyi binada olmaq hüququna malik şəxslərə bir sıra məhdudiyyətlər qoyulub, o cümlədən yenilik odur ki, müşahidəçilər səsvermənin keçirildiyi binada seçicidən şəxsiyyətini təsdiq edən sənədi tələb edə (ala) bilməyəcəklər. Parlamentin sədri “Lelo”nun məhkəmədə qaldırdığı iddiaya münasibət bildirir.