Tbilisi Şəhər Məhkəməsi Mate Devidzeyə 4 il 6 ay həbs cəzası verdi
Tbilisi Şəhər Məhkəməsi Mate Devidzeyə 4 il 6 ay həbs cəzası verdi

 

Tbilisi Şəhər Məhkəməsi Mate Devidzeyə 4 il 6 ay həbs cəzası verdi.

Müvafiq qərarı hakim Nino Qalustaşvili verib.

Hökm elan edilməzdən əvvəl Devidze məhkəmə zalını tərk edib və deyib: “Hamınız bilirsiniz ki, mən bura yalnız sizi görmək üçün gəlirdim. Bu gün yəqin ki, son gün olacaq. Ola bilsin, sizi uzun müddət görə bilməyim. Mənim də bir az ümidim var, lakin dostlarımla birlikdə dinc etirazla ölkənin Avropa kursundan dönməsinə etiraz etmək üçün Telavidən aksiyalara gəlirdim. Noyabrın 19-da səhər tezdən Cavcavadze prospektində formalı dəstələr [çıxışa] başlayanda, mən iki gün idi yuxusuz idim, nə baş verdiyini dərk edə bilmədim, onlar bizə güc tətbiq etməyə başlayanda çaxnaşmanın ortasında qaldım, uzaqlaşmağa çalışdım, ancaq bacarmadım, sonra nə baş verdiyini bilirsiniz. Ağanızın əmrini yerinə yetirmək üçün bizi qurban verirsiniz. Dostlar, məni bağışlayın, lakin zalı tərk etməliyəm, bu qərarı dinləyə bilmərəm. Sonsuz zülmətdə işıq axtarmaq üçün”.

Məlumat üçün bildirək ki, Mate Devidzeni 2024-cü ilin noyabrın 19-da Melikişvili prospektində davam edən aksiyada saxlayıblar. Devidzeyə qarşı ittiham Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi ilə irəli sürülmüşdü, bu isə ictimai asayişin qorunmasına maneə olmaq, onun fəaliyyətini dayandırmaq və ya dəyişdirmək məqsədilə polis əməkdaşı, xüsusi penitensiar xidmət əməkdaşı və ya digər hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək mənasına gəlir.