Tbilisi Prokurorluğunun İstintaq İdarəsində “Formula” tərəfindən Qoqa Xaindravaya qarşı mümkün cinayət törədilməsi faktı üzrə istintaq başladılıb

20:13, 17.06.2026

 

Tbilisi Prokurorluğunun İstintaq İdarəsində “Formula” teleşirkəti tərəfindən Qoqa Xaindravaya qarşı mümkün cinayət törədilməsi faktı üzrə istintaq başladılıb. Bu barədə Prokurorluğun bəyanatında qeyd olunub.

Qurumun məlumatına əsasən, Qoqa Xaindrava istintaq orqanında şahid qismində dindirilib.

“2026-cı ilin iyunun 16-da Tbilisi Prokurorluğunun İstintaq İdarəsində Gürcüstan Cinayət Məcəlləsinin 373-cü maddəsinin 1-ci hissəsi ilə (yalan xəbərçilik faktı üzrə) istintaq başladılıb.

Kinorejissor Qiorqi (Qoqa) Xaindravanın maraqlarını müdafiə edən vəkillərin “Formula” teleşirkəti tərəfindən Qiorqi (Qoqa) Xaindravaya qarşı mümkün cinayət törədilməsi faktı ilə bağlı ərizəsi istintaqın başlanmasına əsas olub.

İstintaq orqanında kinorejissor Qiorqi (Qoqa) Xaindrava şahid qismində dindirilib. Bütün zəruri istintaq və prosessual hərəkətlər həyata keçiriləcək və onların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək” – bəyanatda qeyd olunub.

Oxşar