Tbilisi Prokurorluğu şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi ünsiyyətin məxfiliyinin pozulması və seksual xarakterli başqa cür hərəkətə məcbur etmə faktları üzrə 12 nəfəri müəyyən edib
Tbilisi Prokurorluğu şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi ünsiyyətin məxfiliyinin pozulması və seksual xarakterli başqa cür hərəkətə məcbur etmə faktları üzrə 12 nəfəri müəyyən edib

 

Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığının Pozulmasına Qarşı Mübarizə İdarəsinin əməkdaşları 2026-cı ilin yanvar-fevralında, yeddi müxtəlif cinayət işi üzrə, şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi ünsiyyətin məxfiliyinin pozulması və seksual xarakterli başqa cür hərəkətə məcbur etmə faktları üzrə 12 nəfəri müəyyən ediblər.

Zərərçəkmişlərin şəxsi həyatını əks etdirən materialları müxtəlif internet tətbiqləri vasitəsilə qanunsuz olaraq əldə edən və saxlayan, əldə edilən materialı yaymaq hədəsi ilə zərərçəkmişləri seksual xarakterli başqa cür hərəkətə məcbur edən şəxsə ittiham irəli sürülüb (ümumilikdə 7 epizod).

Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdədir və hakim yaxın günlərdə məhkəməyəqədərki iclasın tarixini müəyyən etmək məsələsinə baxacaq. Ona Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi və 139-cu maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan cinayətləri törətdiyinə görə ittiham irəli sürülüb.

Dörd müxtəlif cinayət işi üzrə altı nəfər ifşa olunub, onlardan üçü yetkinlik yaşına çatmayan şəxsdir. Onlar zərərçəkmişlərin, o cümlədən yetkinlik yaşına çatmayan bir nəfərin intim məzmunlu foto və video materialını qanunsuz olaraq əldə edib, saxlayıb və yayıblar. Yetkinlik yaşına çatmayan ün nəfərə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə ittiham irəli sürülüb (barələrində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmə bu gün baxacaq), üç şəxsə isə 157-ci prima maddənin birinci hissəsi ilə.

Həmçinin, zərərçəkmişin şəxsi və cinsi həyatını əks etdirən videoqeydi gizli şəkildə çəkən və saxlayan iki şəxs barəsində cinayət təqibi başladılıb. Təqsirləndirilən şəxslər başqa cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Hər ikisinə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan cinayətləri törətdiyinə görə ittiham irəli sürülüb.

Həmçinin, azyaşlı uşağın aksesuarına (dəbilqəsinə) səs yazma cihazı quraşdırmaqda, şəxsi söhbətləri yazmaq məqsədilə zərərçəkmişin və onun ailə üzvlərinin evinə aparmaqda üç nəfər ifşa olunub. Onların hər üçünə Gürcüstan Cinayət Məcəlləsinin 158-ci maddəsi ilə ittiham irəli sürülüb.

Məlumatı Gürcüstan Prokurorluğu yayır.