Tbilisi Polisi xüsusilə külli miqdarda, 297 bağlama narkotik vasitə və 491 həb psixotrop maddəni ələ keçirib, bir nəfər saxlanılıb

11:13, 15.12.2025

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları külli və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etmə ittihamı ilə 1991-ci il təvəllüdlü B.A.-nı saxlayıblar. Məlumatı DİN yayır.

Qurumun məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Ponicala yaşayış məntəqəsində narkotik cinayəti ittihamı ilə saxlanılan şəxsin üzərində və yaşayış evində axtarış zamanı, maddi sübut kimi xüsusilə külli miqdarda — 297 bağlama şəklində qablaşdırılmış, satış üçün hazırlanmış narkotik vasitə və 491 həb psixotrop maddəni ələ keçiriblər.

İstintaq Cinayət Məcəlləsinin 260, 260.4 (kvarta) və 261-ci maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar