Tbilisi metrosunun birinci xəttində texniki nasazlığa görə ləngimə olub, hazırda hərəkət bərpa olunub
Tbilisi metrosunun birinci xəttində hərəkət dayandırılmışdı.
Gürcüstanın Birinci Kanalına paytaxtın nəqliyyat şirkətindən bildirildiyi üzrə, texniki nasazlığa görə “Didube” metro stansiyasının yaxınlığında qatarda tüstülənmə qeydə alınıb. Hadisədən sonra qatar xətdən çıxarılıb.
Hazırda metronun birinci xəttində hərəkət bərpa olunub.