Tbilisi metrosunun birinci xəttində hərəkət tam bərpa olunub
Tbilisi metrosunun birinci xəttində hərəkət tam bərpa olunub. Bu haqda məlumatı Tbilisi Nəqliyyat Şirkəti yayır.
Onların verdiyi məlumata əsasən, qatarların hərəkətindəki qismən fasilə “Rustaveli” metro stansiyasında qatarda yaranan texniki nasazlıq səbəbindən baş verib, buna görə də metro yalnız “Axmeteli Teatrı” stansiyasından “Vağzal Meydanı” stansiyasına qədər fəaliyyət göstərirdi.
Bu mərhələdə, metronun hər iki xətti adi rejimdə sərnişinlərə xidmət edir.