Tbilisi metrosunun 1-ci xətti gecikmələrlə işləyir.
Qatarlar birinci xəttdə “300 Aragveli” metrostansiyasına qədər hərəkət edirlər.
Metronun “Samgori” stansiyasında sərnişinin ölümü gecikməyə səbəb olub. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
Tbilisinin Nəqliyyat Şirkətindən Birinci Kanala dedikləri kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları işlərini bitirdikdən sonra 1-ci xəttdə hərəkət tam bərpa olunacaq.