Tbilisi metropoliteninin yenilənməsi üçün 111 vaqonun hazırlandığı Çinin müəssisəsində yeni qatarın təqdimat mərasimi keçirilib [şəkil]

13:50, 29.09.2026

 

Tbilisi metropoliteninin 111 yeni vaqonla yenilənməsi həqiqətən də şəhərimizin həyatında tarixi hadisədir, çünki sonuncu dəfə Tbilisi metrosuna yeni vaqonlar 34 il əvvəl əlavə olunub – bu barədə Tbilisinin meri Kaxa Kaladze Çində xüsusi olaraq Tbilisi metropoliteni üçün istehsal olunan yeni qatarın təqdimat mərasiminin keçirildiyi metro vaqonları istehsalçısı şirkətə (CRRC) səfəri zamanı açıqlayıb.

Tədbirdə qeyd olunduğu kimi, Gürcüstanın paytaxtı üçün xüsusi olaraq hazırlanmış yeni metro vaqonları Tbilisi metrosunun ayrılmaz hissəsinə və Gürcüstan-Çin dostluğunun rəmzinə çevrilməlidir.

Tədbirin “Tbilisi metrosunun uğurlu inkişafı” şüarının real perspektiv olduğuna ümidvarlıq ifadə olunub.

Tbilisinin meri Kaxa Kaladze çıxışı zamanı metronun paytaxt üçün əhəmiyyətindən danışıb və bu günün metropolitenə yeni nəfəs verdiyini qeyd edib.

“Şadam ki, bu gün paytaxtımız üçün olduqca mühüm yeniliyə görə dünyada metro vaqonları istehsal edən ən böyük şirkətlərdən birindəyəm (CRRC) və bu sevindirici hadisəni sizinlə birgə qeyd edirəm. Tbilisi metropoliteninin 111 yeni vaqonla yenilənməsi həqiqətən də şəhərimizin həyatında tarixi hadisədir, çünki sonuncu dəfə Tbilisi metrosuna yeni vaqonlar 34 il əvvəl əlavə olunub.

Tbilisi metropoliteninin uzun tarixi var. Vaxtilə onun yaradılması şəhərin nəqliyyat inkişafı istiqamətində atılmış ən mühüm addım idi. Bu gün biz artıq bu tarixi davam etdiririk və müasir Tbilisinin ehtiyaclarına cavab verməli olan metropolitenə yeni həyat veririk.

Metro Tbilisi üçün yalnız bir hərəkət vasitəsi deyil. O, şəhərin gündəlik həyatının bir hissəsidir. Bu, hər gün yüz minlərlə insanın hərəkət etdiyi nəqliyyatdır. Buna görə də metronun yenilənməsi yalnız nəqliyyatın yenilənməsi demək deyil, bu, daha rahat, təhlükəsiz və müasir mühitin yaradılması istiqamətində atılan addımdır” – Kaxa Kaladze açıqlayıb.

O, bildirib ki, Gürcüstan hakimiyyətinin və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) böyük dəstəyi olmasaydı, metro vaqonlarının yenilənməsi layihəsi həyata keçirilə bilməzdi. Bununla yanaşı, merin qeyd etdiyi kimi, MMC “GT Group”un metro vaqonları istehsal edən ən böyük şirkətlə – Çin Dəmir Yolu Qatar Heyəti Şirkəti ilə əməkdaşlığı çox mühüm olub.

Merin məlumatına əsasən, bu mərhələdə tam müasir olan ilk dördvaqonluq qatar tərkibi artıq hazırdır və ilin sonunda Tbilisidə olacaq. Həmçinin, Kaxa Kaladzenin bəyan etdiyi kimi, Tbilisi metropoliteninə ümumilikdə 25 qatar əlavə olunacaq, bunlardan 14-ü dördvaqonlu, 11-i isə beşvaqonlu olacaq.

“Bu çətin və məsuliyyətli prosesdə iştirak edən hər kəsə təşəkkür etmək istəyirəm. Ev sahibimiz olan Çin tərəfinə möhtəşəm və səmimi qarşılanmaya, sevincimizi paylaşdıqlarına görə minnətdarlığımı bildirirəm.

İndi arxamda Tbilisi metrosu üçün nəzərdə tutulmuş yeni vaqon dayanır, bu da eyni zamanda Tbilisinin gələcəyinə doğru atılan yeni addımdır. Layihənin uğurla həyata keçirilməsi münasibətilə sizi təbrik edirəm!” – Kaxa Kaladze açıqlayıb.

Öz növbəsində CRRC qrupunun vitse-prezidenti Li Dinq Nan qeyd edib ki, layihə Çin və Gürcüstan arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, tarixi dostluğun möhkəmləndirilməsi, Asiya və Avropanın əlaqələndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək.

“Tbilisi metrosu layihəsi CRRC tərəfindən “Bir kəmər, bir yol”un yüksək keyfiyyətli inkişafı üçün həyata keçirilən rəmzi layihələrdən biridir və Çin-Gürcüstan ikitərəfli səmərəli əməkdaşlığının nəticəsidir. İstismara verildikdən sonra o, şəhərin nəqliyyat şəbəkəsini daha da təkmilləşdirəcək, ictimai xidmətin səviyyəsini qaldıracaq və vətəndaşların hərəkətini asanlaşdıracaq. Layihə Çin və Gürcüstan arasında iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi, tarixi dostluğun möhkəmlənməsi və Asiya ilə Avropanın birləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək.
Bu gün ilk qatarın təntənəli təqdimatı layihənin mühüm mərhələsidir, hətta hər iki tərəf üçün əməkdaşlığın dərinləşməsinin və yeni bazarın birgə mənimsənilməsinin yeni başlanğıcıdır. Gələcəkdə Gürcüstanın bütün maraqlı tərəfləri ilə birlikdə əməkdaşlıq sahələrini genişləndirəcəyimizə ümid edirik” – CRRC qrupunun vitse-prezidenti çıxışında qeyd edib.

Tədbirdə Gürcüstanın Çindəki səfiri Paata Kalandadze, “Tbilisi Nəqliyyat Şirkəti”nin direktori Qiorqi Şarkov, “GT Group“un həmtəsisçilərindən biri Qia Qvelesiani, CRRC qrupunun vitse-prezidenti Li Dinq Nan, “CRRC Fuchen”in Direktorlar Şurasının sədri Yanq Tsi və “CRRC Fuchen”in baş direktoru Su Xay Ta iştirak edirdilər.

Oxşar