Tbilisi Meriyasının rayon xidmət mərkəzləri işlərini dayandırırlar
Tbilisi Meriyasının rayon xidmət mərkəzləri işlərini dayandırırlar

Qərar verdik və meriyanın rayon xidmətləri müvəqqəti olaraq, işlərini dayandıracaqlar.

İşləməyə sadəcə meriyanın mərkəzi ofisinin xidmət mərkəzi davam edəcək, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.

Kaxa Kaladze bəyan etdi ki, mərkəzi ofisdə də, insanlar növbələrini bayırda gözləyəcəklər və içəri tək-tək daxil olacaqlar, çünki hər məsələ ilə bağlı məsafəli xidmət mümkün olmur və vətəndaşlara meriya əməkdaşlarının yardımı lazım olur.

“Vətəndaşlarımıza yenə bir daha müraciət edirəm, insan yığıncağı çox olan yerlərdən baş qaçırdın. Səhiyyə Nazirliyinin tövsiyyələrinə riayət edin, ictimai nəqliyyat vasitələrindən də sadəcə təcili hallarda istifadə edin” – dedi Kaladze.