Tbilisi Meriyasında bəyan edirlər ki, Meriyanın maliyyələşdirilməsi ilə mehmanxanalarda olan Ukrayna vətəndaşları orada qalacaqlar
Tbilisi meriyası Gürcüstanda yaşayan Ukrayna vətəndaşlarının yerləşdirilməsi ilə bağlı Xalq Müdafiəçinin bəyanatına əks səda verir.
Meriyadan Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, Xalq Müdafiəçinin yaydığı məlumatı təsdiq etmirlər. Eyni zamanda, idarənin məlumatına görə, Tbilisi Meriyasının maliyyəsi ilə mehmanxanalarda olan bütün Ukrayna vətəndaşları hazırkı mərhələdə yerində qalırlar.
Gürcüstanın Xalq Müdafiəçisi Ukrayna vətəndaşlarının yerləşdirilməsi ilə bağlı bəyanatı bu gün yaydı.