Tbilisi Meriyası - Yeni il gecəsi guya ictimai nəqliyyatın uzadılmış iş vaxtı ilə işləməyəcəyi yalandır
Tbilisi Meriyası - Yeni il gecəsi guya ictimai nəqliyyatın uzadılmış iş vaxtı ilə işləməyəcəyi yalandır

 
Yeni il gecəsi guya ictimai nəqliyyatın uzadılmış iş vaxtı ilə işləməyəcəyi yalandır – bu haqda Tbilisi Meriyasının bəyanatında deyilir.

Meriyadan dedikləri kimi, ictimai nəqliyyat yanvarın 1-i saat 03:00-dək sərnişinlərə xidmət göstərəcək.

“Nəzərinizə çatdırırıq ki, Yeni il gecəsi guya Tbilisinin ictimai nəqliyyatının uzadılmış iş vaxtı ilə işləməyəcəyi haqda məlumat səhv yayılıb.

Hər zaman olduğu kimi, Yeni il gecəsi Tbilisinin ictimai nəqliyyatı uzadılmış iş vaxtı ilə fəaliyyət göstərəcək. Gücləndirilmiş rejim metro, eləcə də avtobuslara şamil ediləcək. İctimai nəqliyyat yanvarın 1-i saat 03:00-dək sərnişinlərə xidmət göstərəcək.

Milad gecəsinə gəlincə, metro ilə sərnişinlərə xidmət yanvarın 6-sı saat 00:00-dan yanvarın 7-si saat 03:00-dək uzadılacaq və sərnişinlərə xidmət ödənişsiz olacaq” – bəyanatda qeyd olunub.