Tbilisi Meriyası Vakedə Çoloğaşvili və Tsereteli küçələrinin bərpasına görə tətbiq olunan məhdudiyyət və qeyd olunan müddətdə yol hərəkəti sxemi haqda bəyanat yayır
Tbilisi Meriyası Vakedə Çoloğaşvili və Tsereteli küçələrinin bərpasına görə tətbiq olunan məhdudiyyət və qeyd olunan müddətdə yol hərəkəti sxemi haqda bəyanat yayır

 

İctimaiyyətin yüksək marağını nəzərə almaqla, bir daha nəzərinizə çatdırırıq ki, Tbilisi Meriyasının İnfrastruktur Xidməti Vake rayonunda Kakutsa Çoloğaşvili və Qiorqi Tsereteli küçələrinin tam bərpasını həyata keçirir – bu barədə Tbilisi Meriyasının bəyanatında deyilir.

Onların məlumatına əsasən, bərpa işlərinə görə mayın 22-dən 4 ay ərzində ictimai nəqliyyat və avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Vake parkına yaxın ərazidən Tsğneti şossesinin N6-dək olan yol hissəsində işlər görülür.

Yol hərəkətinin məhdudlaşdırılmasına gəlincə, Vake qəbiristanlığından Levan Samxarauli adına Ekspertiza Milli Bürosuna qədər olan hissədə nəqliyyatın hərəkəti tamamilə qadağan olunub. Məhdudiyyət dövründə Qiorqi Tsereteli küçəsi bir istiqamətli olub.

Tamaraşvili prospektindən hərəkətə İlia Cavcavadze prospekti və Kakutsa Çoloğaşvili küçəsi istiqamətində Qiorqi Tsereteli küçəsindən keçməklə icazə verilir. Kakutsa Çoloğaşvili küçəsindən Tamaraşvili prospekti istiqamətində hərəkət edən avtomobillər Vake parkının yaxınlığında yerləşən döngə yolundan istifadə edirlər və sola dönməklə Tamaraşvili prospektinə çıxırlar.

İlia Cavcavadze prospektindən Tsğneti istiqamətində hərəkət Tamaraşvili prospekti, Universitet küçəsi və Baqebinin yeni körpüsündən keçməklə mümkündür, Tsğneti və Baqebi tərəfdən Cavcavadze prospekti istiqamətində isə avtomobillər Baqebinin yeni körpüsü, Universitet küçəsi və Tamaraşvili prospektindən keçməklə hərəkət edirlər.

İctimai nəqliyyatın hərəkət sxemində aşağıdakı yenilik var: İlia Cavcavadze prospektindən Ku (Tısbağa) gölünün dönəcəyi istiqamətində hərəkət edən avtobuslar – N309 və N351, eləcə də mikroavtobuslar – N512 və N540 Mixeil Tamaraşvili prospekti və Qiorqi Tsereteli küçəsindən keçməklə hərəkət edəcəklər (əks istiqamətdə marşrut dəyişməz qalır). Mixeil Tamaraşvili prospektindən Ku (Tısbağa) gölünün dönəcəyi istiqamətində hərəkət edən avtobus – N358 isə Qiorqi Tsereteli küçəsindən keçməklə hərəkət edəcək və “Vake Parkı” yaxınlığında dayanmayacaq (əks istiqamətdə marşrut dəyişmir).

Tbilisi Meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.