Tbilisi meriyası tərəfindən yaradılmış humanitar yardım məntəqəsində müxtəlif məhsul və dərmanların toplanması davam edir
Tbilisi meriyası tərəfindən Beliaşvili küçəsi N5 ünvanında yaradılmış humanitar yardım mərkəzində müxtəlif şirkətlər və şəxslər Ukrayna xalqına kömək məqsədilə məhsullar, dərmanlar və ilkin tələbat mallarını çatdırmağa davam edirlər.
Tbilisi meriyasının məlumatına görə, bu dəfə prosesə “Coca-Cola”, “ARM Group”, “Europroduct və Gürcüstanın Milli Enerji və Su Tənzimləmə Komissiyası (GNERC) cəlb edilib.
Paytaxtın meri Kaxa Kaladze bu gün humanitar yardım məntəqəsində olub və donorlara köməyə görə təşəkkür edib.
“Biz humanitar yardım toplamaqda davam edəcəyik. Bir çox insan bu prosesdə bizə qoşulur. Mən hər kəsə – “Coca Cola”, “ARMJ”, “Semek” və “Europroduct” şirkətlərinə, eləcə də dəstək olan sadə vətəndaşlara təşəkkür etmək istəyirəm. Logistika məsələsi öz həllini tapıb. Bilirsiniz ki, müharibə zamanı yüklərin daşınması və yenidən bölüşdürülməsi çətindir, lakin biz bu məsələni Ukrayna səfirliyi ilə birlikdə həll etdik. Yığılan əşyalar Gürcüstanda ilişib qalmış Ukrayna vətəndaşlarının iri avtomobillərinə yüklənəcək və onların vasitəsilə Ukraynaya göndəriləcək”, – deyə Kaxa Kaladze bildirib.
Tbilisi meriyası tərəfindən aktivləşdirilən humanitar yardım məntəqəsində toplanan yardımın göndərilməsi prosesinə martın 11-dən başlanılıb.