Tbilisi Meriyası sosial cəhətdən müdafiəsiz tələbələr üçün payız semestrində təhsilin maliyyələşdirilməsi məqsədi ilə ərizələri qəbul edir
Tbilisi Meriyası sosial cəhətdən müdafiəsiz tələbələr üçün payız semestrində təhsilin maliyyələşdirilməsi məqsədi ilə ərizələri qəbul edir

Tbilisi Meriyası “Sosial cəhətdən müdafiəsiz və uğurlu tələbələrə imkanların yaradılması” proqramı çərçivəsində, sosial cəhətdən müdafiəsiz tələbələr üçün payız semestrində təhsil vergisinin maliyyələşdirilməsi məqsədi ilə ərizələrin qəbuluna başlayır.

Meriyanın məlumatına görə, proqram çərçivəsində Tbilisidə qeydiyyatda olan, reytinq balı 70 000-dən aşağı olan tələbələr maliyyələşdiriləcəklər.

Ərizələr cari ilin noyabrın 30-ə qədər qəbul olunacaq. Tbilisi meriyasına ərizələri mütləq tələbələrin özləri təqdim etməlidirlər.

Maliyyələşdirmənin qəbulu üçün qarşıdakı sənədlər lazımdır: şəxsiyyət vəsiqəsinin kopyası; sosial cəhətdən müdafiəsiz ailələrin vahib bazasından arayış; illik verginin göstərilməsi olmaqla Universitetdən arayış; Universitetin bank rekvizitləri və hesabat fakturası; I semestrin tələbələri üçün Vahid Milli İmtahanlarda əldə olunmuş bal və nəticələr haqqında arayış; Universitetdən zəmanət və motivləşdirmə məktubu.