Tbilisi meriyası Rustaveli prospektinin bərpası zamanı aşkar edilən artefaktlarla bağlı açıqlama yayıb

14:46, 19.08.2026

Paytaxtda həyata keçirilən və ya davam edən infrastruktur layihələri zamanı arxeoloji təbəqələr və artefaktlar aşkar edildikdə, Tbilisi meriyası Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliklə sıx əməkdaşlıq edir və sonrakı qərarları məhz agentliyin tövsiyələri əsasında qəbul edir. Bu barədə Tbilisi meriyasının yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, Rustaveli prospektinin bərpası zamanı aşkar edilən artefaktlarla bağlı məlumat da dərhal Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyə təqdim olunub.
“Rustaveli prospektinin bərpası zamanı “Azadlıq meydanı” metro stansiyası ilə Gürcüstan Milli Muzeyi arasında yerləşən yol hissəsində kərpic hörgülərin və keramika qabların aşkar edilməsi faktına münasibət bildirmək istəyirik.
Paytaxtda həyata keçirilən və ya davam edən infrastruktur layihələri zamanı arxeoloji təbəqələr və artefaktlar aşkar edildikdə, Tbilisi meriyası Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliklə sıx əməkdaşlıq edir və sonrakı qərarları məhz onun tövsiyələri əsasında qəbul edir.
Təbii ki, Rustaveli prospektinin bərpası zamanı aşkar edilən artefaktlarla bağlı məlumat da dərhal Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyə təqdim olunub. Məlumat əsasında agentliyin müvafiq sahə üzrə mütəxəssisləri dərhal reaksiya verərək ərazidə aşkar edilmiş obyektlərə baxış keçirib və müvafiq tövsiyələr veriblər. Sözügedən hissədə işlər məhz verilmiş tövsiyələrə uyğun həyata keçiriləcək”, – deyə meriyanın bəyanatında bildirilib.

Oxşar