Tbilisi Meriyası revmatoid artritin müalicəsi üçün bahalı dərmanın maliyyələşdirilməsinə sentyabrın 1-dən başlayacaq
Revmatoid artritin müalicəsi üçün bahalı dərmanın maliyyələşdirilməsi proqramı haqqında ətraflı məlumat Tbilisi Meriyasının veb saytında yerləşdiriləcək, müraciətlərin qəbulu isə cari ilin sentyabrından başlayacaq – bu barədə Tbilisinin meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin bugünkü iclasında deyib.
Onun verdiyi məlumata əsasən, vətəndaş dərmanın maliyyələşdirilməsi üçün lazım olan maddiləşdirilmiş vauçeri almaq üçün Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidmətinə müraciət etməlidir.
“Mən bir mühüm proqrama toxunmaq istərdim, onun başladılması seçkiöncəsi vədimiz idi. Tbilisi Meriyası sentyabrın 1-dən revmatoid artritin müalicəsi üçün bahalı dərmanın maliyyələşdirilməsinə başlayacaq, bu da bahalı dərmanı “Actemra”nı almaq üçün maddiləşdirilmiş vauçerin verilməsini nəzərdə tutur. Revmatoid artrit oynaqlarda iltihab prosesinə, sonra onların deformasiyasına və sonda isə, hərəkət və fəaliyyət məhdudiyyətinə səbəb olan xroniki, mütərəqqi autoimmun xəstəlikdir. Dərman müalicəsi əsasında isə xəstəliyin inkişafını dayandırmaq və onu remissiya mərhələsinə keçirmək mümkündür. Bunun nəticəsində isə proqramın benefisiarları fəaliyyət qabiliyyətli olurlar və onların həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq” – Kaxa Kaladze bildirib.
Onun izahatına əsasən, vətəndaş ərizə ilə müraciət etməzdən əvvəlki son iki il ərzində fasiləsiz olaraq və eyni zamanda, proqrama qoşulduğu anda Tbilisi Munisipalitetində qeydiyyatda olmalıdır.
“Dəfələrlə demişəm, ehtiyacı olan hər kəsin yanında olacağıq. Heç kimi problemlər qarşısında tək qoymayacağıq. Əgər statistikaya nəzər yetirsək, görərik ki, müvafiq bələdiyyə xidmətlərimiz tərəfindən nə qədər yardım göstərilib – müxtəlif sosial proqramlarımız var, əməliyyatları maliyyələşdiririk və s.
DAS28 indeksi ilə balı 3.2 və ya ondan çox olan revmatoid artrit diaqnozu qoyulmuş Gürcüstan vətəndaşları Tbilisi Meriyasının qeyd olunmuş proqramına qoşulmaq imkanına malik olacaqlar. Reytinq balı 150 000-i aşmayan sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan şəxslər üçün dərman tam, 100% maliyyələşdiriləcək, digər bütün benefisiarlara isə 80%-lə” – Kaxa Kaladze qeyd edib.