Tbilisi Meriyası revmatoid artritin müalicəsi üçün bahalı dərmanı maliyyələşdirəcək
Tbilisi Meriyası sentyabrın 1-dən revmatoid artritin müalicəsi üçün bahalı dərmanı – “Actemra”nı maliyyələşdirəcək.
Bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin bugünkü iclasında deyib.
O, dərmanı almaq üçün müvafiq maddiləşdirilmiş vauçerin veriləcəyini bildirib.
“Qeyd olunan proqramın başladılması seçki vədimiz idi, bu da bahalı dərmanı “Actemra”nı almaq üçün maddiləşdirilmiş vauçerin verilməsini nəzərdə tutur. Düşünürəm ki, çox mühüm qərardır. Meriya qeyd olunan maliyyələşdirməyə sentyabrın 1-dən başlayacaq. Reytinq balı 150 000-i aşmayan sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan şəxslər üçün dərman tam, 100% maliyyələşdiriləcək, qeyd olunan dərmana ehtiyacı olan bütün digər vətəndaşlara isə munisipalitet 80%-lik birgə maliyyələşdirmə ilə iştirak edəcək” – Kaxa Kaladze bildirib.
Onun verdiyi məlumata əsasən, vətəndaş dərmanın maliyyələşdirilməsi üçün lazım olan maddiləşdirilmiş vauçeri almaq və tam dərman müalicəsindən keçmək üçün müvafiq sənədlərlə Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidmətinə müraciət etməlidir.
“Revmatoid artrit oynaqlarda iltihab prosesinə, sonra onların deformasiyasına və sonda isə, hərəkət və fəaliyyət məhdudiyyətinə səbəb olan xroniki, mütərəqqi autoimmun xəstəlikdir. Dərman müalicəsi əsasında xəstəliyin inkişafını dayandırmaq və onu remissiya mərhələsinə keçirmək mümkündür. Bunun nəticəsində isə proqramın benefisiarları fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olurlar, sonrakı fəsadların qarşısını alırlar və onların həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır” – Tbilisinin meri bildirib.