Tbilisi Meriyası – Qldani rayonunda cari il ərzində BMA proqramı çərçivəsində 24 dam örtüyü bərpa edilib
Gldani rayon icra hakimiyyətinin “Mənzil Mülkiyyətçiləri Assosiasiyalarının İnkişafına Dəstək Proqramı” çərçivəsində cari il ərzində 24 ünvanda dam örtüklərinin və su axıdıcı boruların bərpası işləri həyata keçirilib. Görülən işlər üçün yerli büdcədən 691 min lari vəsait xərclənib. Bu barədə Tbilisi Meriyası məlumat yayıb.
Hazırda davam edən layihələrə gəlincə, bu mərhələdə 17 ünvanda işlər aparılır. Bunun üçün 479 min 500 lari vəsait nəzərdə tutulub.
Yaşayış binalarının dam örtüklərinin yenilənməsi işləri Gldani A mikrorayonunun 59 saylı binasında fəal şəkildə davam etdirilir. Burada təxminən 2 min kvadratmetr sahəsi olan dam örtüyü yenilənir.
Aparılan işlərlə Gldani rayonunun icra başçısı Besik Kaladze, Sakrebulonun majoritar deputatı Mixeil Rexviaşvili ilə birlikdə tanış olub və sakinlərlə görüş keçirib