Tbilisi meriyası – Qalın qar örtüyü Milli Botanika Bağının çoxillik tarixində ən iri miqyaslı ziyanlardan birinə səbəb olub, bağ ziyarətçilər üçün müvəqqəti olaraq bağlanıb
Tbilisi meriyası – Qalın qar örtüyü Milli Botanika Bağının çoxillik tarixində ən iri miqyaslı ziyanlardan birinə səbəb olub, bağ ziyarətçilər üçün müvəqqəti olaraq bağlanıb

Gürcüstan Milli Botanika Bağı ziyarətçilər üçün müvəqqəti bağlanıb. Tbilisi meriyasının məlumatına görə, bu qərar təhlükəsizliyin maksimum təmin edilməsi məqsədilə qəbul edilib.

Administrasiyanın bildirdiyinə görə, qalın qar örtüyü Milli Botanika Bağının çoxillik tarixində ən iri miqyaslı ziyanlardan birinə səbəb olub. Şiddətli qar yağışı həm unikal ağac və bitki kolleksiyalarına, həm də vacib eksponatlara ciddi təsir göstərib.

“Nadir ağac növlərinin seçilmiş nümunələri zədələnib ki, bu da bağın ekosistemi üçün ciddi çağırışdır.

Mövcud vəziyyət, mütəxəssislərin qiymətləndirməsinə görə, xüsusi diqqət və uzunmüddətli bərpa prosesini tələb edir. Hazırda bağın administrasiyası və müvafiq xidmətlər tam mobilizasiya olunub və fövqəladə rejimdə işləyir. Zədələnmiş ərazilərin təmizlənməsi, risklərin qiymətləndirilməsi və ziyarətçilərin təhlükəsiz hərəkəti üçün əlavə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Ziyanın miqyasından çıxış edərək, bağın müvafiq sahə xidmətləri prosesə cəlb olunub. Mütəxəssislər mərhələli şəkildə dəymiş ziyanı qiymətləndirir və bərpa tədbirlərinin ətraflı planını hazırlayırlar.

Administrasiyada bildirirlər ki, fəlakətin nəticələrinin tam aradan qaldırılması üçün əhəmiyyətli vaxt və resurs tələb olunacaq.

Bağın müvəqqəti bağlanması qabaqlayıcı qərardır və məqsədi təhlükəsizlik işlərinin fasiləsiz aparılmasını təmin etməkdir. İşlər başa çatdıqdan sonra, hazırda hərəkəti məhdudlaşdırılmış ərazilər mərhələli şəkildə adi fəaliyyət rejiminə qaytarılacaq”, – deyə Tbilisi meriyasının yaydığı məlumatda qeyd olunub.