Tbilisi Meriyası - Mtkvarinin (Kür) sol sahilində zədələnmiş sahilqoruyucunun bərpası üçün prosedurlar başlayıb, yolun məhdudiyyət qoyulmayan hissəsində hərəkət tamamilə təhlükəsizdir
Tbilisi Meriyası - Mtkvarinin (Kür) sol sahilində zədələnmiş sahilqoruyucunun bərpası üçün prosedurlar başlayıb, yolun məhdudiyyət qoyulmayan hissəsində hərəkət tamamilə təhlükəsizdir

 

Tbilisi Meriyası Tbilisidə Mtkvarinin (Kür) sol sahilində sahilqoruyucu divarın zədələnməsi ilə əlaqədar konkret yol hissəsində mövcud problemlə bağlı əlavə məlumat yayır.

Bəyanatda qeyd edildiyi kimi, sahilqoruyucu divar və yolun hərəkət hissəsində çatlar əmələ gələn kimi Tbilisi Meriyası dərhal reaksiya verib, konkret yol hissəsinə məhdudiyyətin tətbiqi ilə bağlı ictimaiyyəti müvafiq bəyanatla məlumatlandırıb.

Meriyanın bəyanatına əsasən, bütün müvafiq tədbirlər görülüb, yolun məhdudiyyət qoyulmayan hissəsində hərəkət tamamilə təhlükəsizdir.

“Biz Tbilisidə Mtkvarinin (Kür) sol sahilində sahilqoruyucu divarın zədələnməsi ilə əlaqədar konkret yol hissəsində mövcud problemlə bağlı ictimaiyyətə əlavə məlumat vermək istərdik.

Sahilqoruyucu divar və yolun hərəkət hissəsində çatlar əmələ gələn kimi Tbilisi Meriyası dərhal reaksiya verdi, konkret yol hissəsinə məhdudiyyətin tətbiqi ilə bağlı ictimaiyyəti müvafiq bəyanatla məlumatlandırdıq. Dünən həm piyadalar, həm də nəqliyyat üçün ayrılmış sağ zolaqda lazımi təhlükəsizlik infrastrukturu quraşdırıldı. Həmçinin, dünən sahilqoruyucu divarın layihələndirilməsi üçün müvafiq tədqiqatların aparılmasına və texniki tapşırığın işlənilib hazırlanmasına başlanılıb.

Gözlənildiyi kimi, zədələnmiş sahilqoruyucu divar bu gün dağılıb və artıq qeyd etdiyimiz kimi, onun bərpası üçün lazımi prosedurlara başlanılıb.

Bu mərhələdə bütün müvafiq tədbirlər görülüb və yolun məhdudiyyət qoyulmayan hissəsində hərəkət tamamilə təhlükəsizdir.

Görüləcək işlər barədə ictimaiyyətə əlavə məlumatı mərhələli şəkildə verəcəyik” – bəyanatda deyilir.