Tbilisi Meriyası - Metexi küçəsi N14-də qəzalı evin hissəsinin uçmasına görə, yerli əhalini təhlükə hədələmir
Tbilisi Meriyası - Metexi küçəsi N14-də qəzalı evin hissəsinin uçmasına görə, yerli əhalini təhlükə hədələmir

Tbilisi Meriyasının məlumatına görə, Metexi küçəsi N14-də qəzalı evin hissəsinin uçmasına görə, yerli əhalini təhlükə gözləmir.

“Avlabaridə, Metexi küçəsi N14-də qəzalı evin hissəsi dünən uçdu. Hadisə nəticəsində xəsarət alan olmayıb. Evin hissəsinin mərhələ şəklində uçması üç gün bundan əvvəl başladı. İsani qamqeobası buna dönmədən münasibət bildirdi. Evin bu hissəsində yaşayan ailə, təhlükəsizlik məqsədi ilə, müvəqqəti yaşayış evinə köçürüldü. Qamqeoba onları kirayə evi ilə təmin edəcək.

Hadisə yerində bir neçə gündür mütəxəssislər işləyirlər. Meriya onlarn qərarı əsasında hərəkət edəcək, evin bu hissəsi nə cür bərpa olunmalıdır”, – Tbilisi Meriyasında bəyan edirlər.

Meriyanın məlumatına görə, qeyd olunan ünvanda 30-ə qədər ailə yaşayır. Lakin onları təhlükə hədələmir.