Tbilisi meriyası kooperativ inşaatdan zərər görənlərin problemlərinin həllinə başlayır
Tbilisi meriyası kooperativ inşaatdan zərər görənlərin problemlərinin həllinə başlayır

Tbilisi meriyası 90-cı illərdə korporativ inşaatdan zərər görənlərin problemlərinin həllinə başlayır.

Bu barədə bəyanatı Kaxa Kaladze Tbilisi icra hakimiyyəyinin iclasında verdi.

Kaladzenin dediyinə görə, bu problem paytaxtda yaşayan 3000-dən artıq ailəyə aiddir.

Paytaxt merinin dediyinə görə, ilk mərhələdə munisipalitetin mülkiyyətində olan 16 hektar yer sahəsi müəyyən edidi və həmin yer sahəsində ən az 800 ailə evlə təmin ediləcək.

“Biz işləməyə davam edirik, yaxın gələcəkdə əlavə munisipal torpaq sahələri müəyyən ediləcək və insanlara öz binaları veriləcək. İlk mərhələdə 800 ailə qane ediləcək.

İlk mərhələdə sosiyal cəhəddən ən zəyif ailələr təmin ediləcək” – dedi Kaxa Kaladze.

Kaladzenin dediyinə görə, developer şirkətlərinin seçilməsi rəqabət prinsipi ilə həyata keçiriləcək. Ən önəmli meyar isə, kimin daha çox insanın qane edə biləcəyi olacaq.