Tbilisi Meriyası “Keçid körpüsü” olaraq bilinən ərazidə yanğın nəticəsində zərər çəkmiş ticarətçilərə yardım edəcək

20:50, 03.11.2026

 

Tbilisi Meriyası Vağzal meydanında, “Keçid körpüsü” olaraq bilinən ərazidə baş vermiş yanğın nəticəsində zərər çəkmiş ticarətçilərin məsələsini təfərrüatı ilə araşdıracaq və imkanlar daxilində onlara yardım edəcək – bu barədə Tbilisinin meri Kaxa Kaladze sosial şəbəkədəki video müraciətində açıqlayıb.

Paytaxtın meri, bələdiyyənin zərər çəkmiş vətəndaşları problemlərlə təkbaşına qoymayacağını bildirib.

“Vağzal meydanında, bir çox insanın iqtisadi fəaliyyət ilə məşğul olduğu “Keçid körpüsü” olaraq bilinən ərazidə yanğın baş verib və bu, bir çox insan üçün çox böyük problem yaradıb. Bu gün həmin insanların müəyyən bir qrupu meriyaya gələrək yardım istədi. Mənim bu məsələ ilə bağlı baş nazirlə söhbətim oldu. İrakli Kobaxidze mənə tapşırdı ki, qeyd olunan məsələni təfərrüatı ilə araşdıraq” – Kaxa Kaladze bildirib.

Onun sözlərinə əsasən, məsələnin təhqiq edilməsi məqsədilə zərərçəkənlərlə ünsiyyət dərhal başlayacaq.

“Vitse-mer Qiorqi Tğemaladze təşəbbüs qrupu ilə görüşməyə, bu insanları dinləməyə və təfərrüatlı təhqiqata başlamağa hazırdır. İmkanlarımız daxilində sizə yardım edəcəyik, yanınızda olacağıq və sizi problemlərlə təkbaşına qoymayacağıq” – Kaxa Kaladze qeyd edib.

Oxşar