Tbilisi Meriyası İsani rayonunda yaşayan 66 ailəyə sahələri rəmzi qiymətə - bir lariyə qanuniləşdirdi
Paytaxtın meri, Kaxa Kaladze İsani rayonunda yaşayan 66 ailəyə, onlarca illər yaşadıqları yaşayış sahələrinin mülkiyyətini təsdiq edən sənədlərini verdi.
Kaxa Kaladzenin dediyinə görə, onun merliyi dövründə artıq 1 400-dən çox ailəyə mulkiyyətləri qanuniləşdirilib.
“Biz layihəyə, səlahiyyətlərimizin icrasına başlayan kimi başladıq. Bu günki durumla, 1400-dən artıq ailə təmin olunub. Bu insanlar illr ərzində müəyyən yaşayış yerlərində yaşayırdılar və onun qanuniləşdirilməsini bacara bilmirdilər. Proqram uğurla aparılır.
Bu insanları təbrik etmək istəyirəm. Biz bu istiqamət üzrə işlərimizi davam etdiririk. Lakin bu o demək deyil ki, kimsə konkret əraziyə soxulsun və sonra onun qanuniləşdirilməsini tələb etsin. Bu qəbuledilməzdir. İllər ərzidə yaşayəş sahələrini qanuniləşdirə bilməyən isnanlara isə, yardım edəcəyik”, – Kaxa Kaladze qeyd etdi.