Tbilisi Meriyası İkinci Dünya Müharibəsi veteranlarına 600 lari, həlak olanların ailələrinə isə, 300 lari yardım etdi
Tbilisi Meriyası İkinci Dünya Müharibəsi veteranlarına 600 lari, həlak olanların ailələrinə isə, 300 lari yardım etdi

Faşizm üzərində Qələbə Günü ilə əlaqədar, Tbilisi Meriyası İkinci Dünya Müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailə üzvlərinə maddi yardım göstərdi. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.

Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmətlər Şəhər Xidməti “Müharibə veteranlarına yardım” proqramı çərçivəsində İkinci Dünya müharibəsi veteranlarına – 600 lari, bu müharibədə həlak olanların həyat yoldaşlarına isə – 300 lari köçürdü.

Tbilisi Meriyasının məlumatına görə, Munisipalitet Meriyası, ümumilikdə 130 şəxsə yardım etdi. Məbləğin köçürülməsi Veteranlar işi üzrə Dövlət Departamenti tərəfindən göndərilmiş baza əsasında həyata keçirildi.