Tbilisi Meriyası qarşısında “Leyboristlər Partiyasının” nümayəndələrinin aksiyasında bir nəfəri yaxaladılar
“Leyboristlər Partiyasının” Tbilisi merliyinə namizədi, Mixeil Kumsişvili həmpartiyalıları ilə birlikdə, Tbilisi Meriyası qarşısında aksiya keçirdi.
Onlar paytaxrda munisipal nəqliyyatın bərpasını tələb etdilər. Aksiya iştirakçıları etirazı ifadə etmək üçün Meriya binasına keçdilər, lakin təhlükəsizlik xidməti nümayəndələri onlara binanı tərk etdirdilər.
Aksiya zamanı polis “Leyboristlər Partiyasının” Tbilisi vitse-merliyinə namizədi, Mamuka Cuğelini yaxaladı. Partiya üzvləri bəyan edirlər ki, aksiya iştirakmılarına binanı qanunsuz tərk etdirdilər və həmpartiyalısını ona görə həbs etdilər ki, polisə “qul” dedi. Yerində hazırda sakitlikdir.
Xatırladaq ki, koordinasiya şurasının dünənki qərarı ilə, ictimai nəqliyyat 13 sentyabra qədər işləməyəcək.